
“Neftçi”dən veteranlarına xatirə hədiyyəsi
- 16 Avq 2025 21:06
- 38
“Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer “Şamaxı” ilə oyunun fasiləsində uzun illər komandanın həkimi vəzifəsində çalışmış Boris Xetaqurova 85 illik, veteran futbolçu Arif Əsədova isə 55 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, klub rəsmisi yubilyarlara xatirə hədiyyəsi də təqdim edib.