"Şamaxı" "Neftçi"dən ayrılan Azər Salahlını heyətinə qatmaq istəsə də, bu, baş tutmayıb.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb futbolçunun daha çox maaş istəməsi olub.

Əldə etdiyimiz məlumata görə, Salahlı Şamaxı klubundan aylıq 15 min manat maaş istəyib. Bu isə klubun maddi imkanları ilə üst-üstə düşmədiyi üçün keçid baş tutmayıb.