Veteran futbolçu, 70-ci illərdə "Neftçi"nin əvəzedilməz futbolçularından olan Asəf Namazov AFFA-nın siyasətini növbəti dəfə sərt şəkildə tənqid edib.

 

Rekord.az-a açıqlamasında Namazov həm legioner, həm də yerli futbolçulara tətbiq edilən limitin bəzi şəxslərin maraqlarına xidmət etdiyini bildirib.

 

Hətta həmin şəxsləri alverçi adlandırıb: "Avrokuboklarda oynayan komandalarımızın heyətində legionerlər üstünlük təşkil edir. Belə çıxır ki, legionerlər olmasa, Avropaya çıxardacaq yerli futbolçularımız yoxdur. Çünki illərdi futbolçu yetişdirilməyib. Daxili çempionatda oynayan yerlilərin çoxdu da limit xatirinə oynadılır. Elə futbolçular da var ki, onların, ümumiyyətlə, istedadı yoxdur, AFFA-da rəhbər post tutan və futbolumuzu bu günə qoyanların "krışa"lığı sayəsində onlarl klubda əsas heyətdə oynadıb ordan da milliyə aparırlar. Bir sözlə, əsl dəllalıq edib, pul qazanırlar. Onlar futbol funksioneri yox, alverçidir. Düzgün strategiyanın olmaması səbəbindən futbolumuz uçurumun dibindədir".