“Neftçi” üç legioneri ilə vidalaşdı
- 16:20
- 38
"Neftçi" klubu futbolçuları Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Hər üç oyunçunun müqaviləsinin müddəti yenilənməyib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar "ağ-qaralar"ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Misli Premyer Liqasında meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla ortalama qol sayına görə 2025/2026 mövsümünün ən yaxşılarındandır.
2024-cü ilin yayında transfer olunmuş Kuç "ağ-qaralar"ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.