Qazaxıstanın “Kayrat” komandası qış təlim-məşq toplanışını Əbu-Dabidə (BƏƏ) keçirəcək.


Rekord.az “prosport.kz” portalına istinadən xəbər verir ki, qazaxların potensial rəqiblərindən biri “Neftçi” ola bilər.


UEFA Çempionlar Liqasının əsas mərhələsinin iştirakçısı olan “Kayrat”ın “Neftçi” ilə bu oyun üçün razılıq əldə etdiyi deyilir. Amma oyunun tarixi və vaxtı hələlik açıqlanmayıb.