Futzal üzrə Azərbaycan Yüksək Liqasında 5-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, qarşılaşmalar "Olimpik Star"da baş tutub.


Çempionatın favoritlərinin - "Araz-Naxçıvan" ilə "Neftçi" İK-nin duelində paytaxt təmsilçisi qələbəyə sevinib - 5:4.


Digər iki matçda U-19 kollektivi "Lənkəran"ı 6:5, "Baku Fire" isə "Şuşa"nı 4:2 hesabı ilə məğlub edib.


Xal durumu: "Neftçi" İK – 13, "Baku Fire" – 11, "Araz-Naxçıvan" – 10, "Şuşa" – 6, U-19 – 3, Lənkəran – 0.