“Neftçi” ilə matçda yaxşı mübarizə apardıq” - Kurtinaytis
- 28 Yan 2026 23:48
- 31
"Sabah" basketbolçuları "Neftçi" ilə matçda yaxşı mübarizə aparıblar.
Rekord.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, "Neftçi" üzərində qaznaılan qələbəni şərh edib:
"İlk dəqiqələrdən çox yaxşı müdafiə olunduq. Məşqlərdə müdafiəyə çox diqqət ayırırıq. Təbii ki, hesab arasındakı fərq böyük olanda basketbolçuları tonusda saxlamaq çətin olur. Buna baxmayaraq çox yaxşı mübarizə apardılar. Oyunçularımızı yaxşı oyuna görə təbrik edirəm".
Azərbaycan Basketbol Liqasının 11-ci turdan təxirə salınmış oyununda "Sabah" "Neftçi"ni 125:89 hesabı ilə məğlub edib.