"Neftçi” “Buduçnost”a qarşı
- 11:00
- 18
"Neftçi"nin qadın futbolçulardan ibarət komandası 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Monteneqronun "Buduçnost" klubu ilə üz-üzə gələcək.
1-ci qrupun yarımfinal matçı Yunanıstandakı Veria stadionunda, Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.