Azərbaycan Basketbol Liqasında 17-ci turun daha bir oyunu keçirilib.


Rekord.az xəbər verir ki, günün yeganə matçında "Naxçıvan" "Sumqayıt"ın qonağı olub.


Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan matç "Naxçıvan"ın 110:107 hesablı qələbəsi ilə bitib.


Tura fevralın 14-də yekun vurulacaq. Ötən gün "Sərhədçi" səfərdə "Lənkəran"ı məğlub edib - 83:69.