“Naxçıvan”da yeni basketbolçu
- 18:30
- 26
"Naxçıvan" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Bu barədə Rekord.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Klub Azərbaycan millisinin də üzvü olan Emanuel Aqbasonla ikili lisenziya əsasında mövsümün sonuna qədər müqavilə imzalayıb.
Basketbolçu son mövsümü "Sabah"da keçirib.