“Naxçıvan” yeni transferini açıqladı
- 18:00
- 27
"Naxçıvan" basketbol klubu yeni transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, komanda amerikalı oyunçu Şanon Qrant ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.
Mərkəz mövqeyində çıxış edən 23 yaşlı oyunçu 211 sm boya malikdir.
O, bundan öncə Gürcüstan təmsilçisi "Delta"nın şərəfini qoruyub.