"Naxçıvan" "Sumqayıt"a qarşı
- 11:20
- 28
Azərbaycan Basketbol Liqasında 17-ci turun daha bir oyunu bu gün keçiriləcək.
Rekord.az xəbər verir ki, günün yeganə matçında "Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq.
Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək.
"Naxçıvan" B qrupunda 28 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 22 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün "Sərhədçi" səfərdə "Lənkəran"ı məğlub edib - 83:69.