“Naxçıvan” “Quba” üzərində qələbə qazandı
- 19:30
- 30
Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha bir görüş baş tutub.
Rekord.az xəbər verir ki, B qrupunun matçında "Quba" "Naxçıvan"la qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən oyun "Naxçıvan"ın 78:69 hesablı qələbəsi ilə bitib.
Turun açılış matçında "Sərhədçi" "Sumqayıt"a 86:83 hesabı ilə qalib gəlib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.