"Naxçıvan" klubu amerikalı basketbolçu Kris Klarkla yolları ayırıb.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verilib.


Naxçıvan klubu ötən ayın 1-də basketbolçu ilə müqavilə imzalandığını açıqlamışdı.