"Napoli" klubu 38 ildən sonra rekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, Antonio Kontenin baş məşqçisi olduğu kollektiv 2025-ci ildə İtaliya A Seriyasında keçirdiyi ev matçlarını məğlubiyyətsiz başa vurub.


Komanda son olaraq XIV turda "Yuventus"u 2:1 hesabı ilə üstələyib. Bu, Neapol təmsilçisinin cari ildə doğma meydanda sonuncu matçı olub.


Son olaraq 38 ilə əvvəl, 1987-ci ildə belə hal yaşanıb.


"Napoli" hazırda 31 xalla İtaliya A Seriyasında liderdir.