"Neftçi"nin zədəli futbolçusu Namiq Ələsgərov əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos" - "Neftçi" görüşünün (1:0) 43-cü dəqiqəsində rəqib futbolçusu Medi Kamara Namiqə qarşı kobud oynayıb. Burnundən zədə alan "Neftçi"nin qol "silah"ı meydanı qan içində tərk edib. Onu Mirabdulla Abbasov əvəzləyib. "Olimpiakos"un qolunun müəllif olan Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. Daha sonra Namiqin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.