Nadir Nəbiyev "Turan Tovuz" haqqında danışmaq istəmədi
- 11:00
- 45
Son günlərin gündəm mövzusu təbii ki, "Turan Tovuz"un UEFA tərəfindən avrokuboklara buraxılmamasıdır.
Rekord.az xəbər verir ki, buna səbəb 2019-cu ildə komanda I Liqada çıxış edəndə 7 futbolçunun adının oyun alqı-satqısında hallanması olub.
Hansı ki, həmin futbolçuların hamısı futboldan kənarlaşdırıldı. Amma bu gün komanda avrokuboklara vəsiqə qazanınca, həmin məsələ yenidən gündəmə gəldi və bütün Tovuz futbol ictimaiyyətini şok edən qərar açıqlandı. Bu qərar niyə indi açıqlanır, bəlkə 2019-cu ildə də açıqlanmışdı, lakin gizli saxlanılıb, yaxud UEFA AFFA-ya məlumat göndərsə də, federasiyanın o vaxtlı rəhbərliyi məlumatı klubdan gizli saxlayıb, qısası suallar çoxdu. Klubun o vaxtlı müşahidə şurasının sədri Oqtay Abdullayev məsələyə münasibət bildirib. Biz isə klubun sabiq idman direktoru Nadir Nəbiyevin də məsələyə münasibətini öyrənmək istədik. Lakin Nəbiyev məsələ haqda danışmaq istəmədi: "Bilirsiniz ki, mən iki ildir "Turan Tovuz" haqda heç nə danışmıram. Bəlkə gələcəkdə nə vaxtsa danışdım. Amma bu gün yenə də danışmaq istəmirəm".