MY 35 yaşlı qapıçı transfer etdi
- 18:00
- 29
“Mançester Yunayted” qapıçı Karl Darlounun transferini rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, 35 yaşlı qolkiper “qırmızı şeytanlar”a azad agent kimi qoşulub.
Tərəflər müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıblar. Anlaşmada müddətin daha bir mövsüm uzadılma bəndi də yer alıb.
İngiltərəli futbolçu ötən mövsüm “Lids”in heyətində İngiltərə Premyer Liqasında 22 oyuna çıxıb, qapısından 27 top buraxıb.