“Musayev “Sabah”a gedib heç nəyə nail ola bilməyəndə niyə heç kim onu tərifləmirdi?”
- 18:00
- 31
Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Mostovoy “Krasnodar”ın baş məşqçisi Murad Musayevin hazırkı uğurlarından danışarkən, onun “Sabah”ın çalışdırıcısı kimi fəaliyyətinə də toxunub.
Rekord.az xəbər verir ki, Rusiya mətbuatına danışan sabiq futbolçu Musayevin Azərbaycandakı işi barədə belə deyib:
“Musayev Rusiya Premyer Liqasında oktyabr və noyabr aylarının ən yaxşı məşqçisidir? O, “Sabah”a gedib Azərbaycan çempionatında heç nəyə nail ola bilməyəndə niyə heç kim onu tərifləmirdi? 2017-ci ildən bəri dünyanı gəzən, amma heç nəyə nail olmayan Leonid Slutski ilə də eyni şey baş verir. Bu cür personajlar futbola daxil olur, görkəmli insanlar isə kənarda dayanıb baxırlar. Necə ki, 2013-cü ildə ÇSKA-nı çempion edən Slutski yox, oyunçular olub. 2025-ci ildə də “Krasnodar”ı çempion edən Musayev yox, futbolçular olub”.