Qadın voleybolçular arasında Dünya çempionatında ilk gün başa çatdı. "Rekord.az" xəbər verir ki, Niderland və Polşanın ev sahibliyi ilə təşkil olunan yarışın start günündə iki oyun keçirilib.

Azərbaycan millisinin iştirak etmədiyi bu dəfəki mundiala B qrupundan Polşa və Xorvatiya komandaların mübarizəsi ilə start verilib. Görüş gözlənildiyi kimi polşalı voleybolçuların qələbəsi ilə yekunlaşıb - 3:1. Turun ikinci matçında A qrupunda yer alan Niderland və Keniya kollektivləri üz-üzə gəliblər. Bu görüşdə də əvvəlcədən proqnozlaşdırıldığı kimi Niderlandın qələbəsi qeydə alınıb - 3:0.

Qeyd edək ki, yarışın ikinci günündə bütün qruplar üzrə oyunlar keçiriləcək. Belə ki, A qrupunda Belçika - Puerto-Riko, İtaliya - Kamerun, B qrupunda Türkiyə - Tayland, Dominikan Respublikası - Cənubi Koreya, C qrupunda ABŞ - Qazaxıstan, D qrupunda Braziliya - Çexiya qarşılaşmaları baş tutacaq.

Dünya çempionatı

I tur

A qrupu

   Niderland - Keniya 3:0 (25:11, 25:17, 25:11)

B qrupu

   Polşa - Xorvatiya 3:1 (25:19, 21:25, 25:23, 25:15)