II Liqada mübarizə aparan "Şəki Siti" komandası bu mövsümü birtəhər başa vuracaq.

Rekord.az xəbər verir ki, rəhbərlik bununla bağlı AFFA və PFL-ə söz verib.

Lakin növbəti mövsüm komandanın taleyi necə olacaq, bilinmir. Maliyyə vəziyyəti düzəlməsə, böyük ehtimalla komanda dağılacaq. Əgər bu hal baş verərsə, o zaman "Region Liqası"nda 3-cü yeri tutacaq komandanın da II Liqaya yolu açıla bilər.