“Monako” baş məşqçini istefaya göndərdi
- 16:40
- 29
“Monako” baş məşqçi Sebastyan Pokonyoli ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
38 yaşlı belçikalı mütəxəssis 2025-ci ilin oktyabrından komandanı çalışdırırdı. Onun rəhbərliyi altında “Monako” 38 oyunda 16 qələbə, 9 heç-heçə və 13 məğlubiyyətlə yadda qalıb.
Komanda son mövsümü Liqa 1-də 54 xalla 7-ci yerdə başa vurub.
Məlumata görə, komandanın yeni baş məşqçisi Filipe Luis olacaq.