MOİK növbəti mövsümdə I Liqa oyunlarını Xankəndində oynayacaq.

"Rekord.az"-ın əldə etdiyi məlumata görə, bu barədə Gənclər və İdman Nazirliyi ilə danışıqlar olub və ilkin razılıq alınıb. 

Ordu klubu oktyabr ayının sonlarından ev oyunları üçün bu şəhərə gedəcək.

I Liqadakı "Xankəndi" klubuna isə bunun üçün razılıq verilməyib.