
MOİK-in futbolçusuna 3 oyunluq cəza
- 16:00
- 39
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Birinci Liqanın 5-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Zaqatala” oyununda “Zaqatala” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilib.
MOİK – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində MOİK komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, MOİK komandası 2400 manat cərimə edilib.
MOİK – “Cəbrayıl” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə MOİK komandası 450 manat cərimə edilib.
MOİK – “Cəbrayıl” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK komandası 600 manat cərimə edilib.