Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında bu gün final qarşılaşmasına çıxacaq.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna yığması ilə üz-üzə gələcək.


Qarşılaşma “Tipos Arena”da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.


Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitmiş yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib – 3:1 və finala yüksəlib. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub etmiş komandamız 1/8 finalda Qazaxıstan yığmasından (3:2), 1/4 finalda isə Çexiya yığmasından (5:2) üstün olmuşdu.


Minifutbol yığmamız sonuncu dünya çempionatının qalibidir. Millimiz bu gün Avropa çempionluğunu da qazana bilsə, qitənin də ən güclüsü olduğunu isbatlayacaq.