“Mingəçevir”in böyük üstünlüyü
- 12:30
- 35
I Liqada 2025/26 mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.
Rekord.az xəbər verir ki, nəticəsi ləğv olunan “Zaqatala” – MOİK matçı nəzərə alınmaqla baş tutan 135 görüşdə orta göstərici 190-a bərabər olub.
Sonuncu – XXVII turun “Mingəçevir” – “Səbail” görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub. Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan görüşü 2750 tamaşaçı seyr edib.
Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına “Mingəçevir” ev sahibliyi edib.
14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb. I Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi “Mingəçevir”in payına düşür.
Orta tamaşaçı sayında “Zaqatala” 2-ci yeri tutub. Premyer Liqaya vəsiqə qazanan “Şəfa” 3-cü olub.
| klub | tamaşaçı | oyun | orta | |
| 1 | Mingəçevir | 11520 | 14 | 823 |
| 2 | Zaqatala | 4360 | 13 | 335 |
| 3 | Şəfa | 3070 | 14 | 219 |
| 4 | Səbail | 2060 | 14 | 147 |
| 5 | MOİK | 1240 | 13 | 95,4 |
| 6 | Baku Sportinq | 1135 | 14 | 81,1 |
| 7 | Difai | 915 | 13 | 70,4 |
| 8 | Şahdağ Qusar | 510 | 13 | 39,2 |
| 9 | Cəbrayıl | 440 | 13 | 33,8 |
| 10 | Şimal | 460 | 14 | 32,9 |
| cəmi | 25710 | 135 | 190 |