
"Mingəçevir"dən maaşla bağlı AÇIQLAMA
- 15:00
- 98
Son günlər mətbuatda "Mingəçevir"də maliyyə sıxıntısının olması, futbolçuların hələ də ötən ayın maaşını almaması haqda məlumatlar yayılıb.
Rekord.az məsələni aydınlaşdırmaq üçün komandanın baş məşqçisi Ramiz Məmmədovla əlaqə saxlayıb.
Məmmədov saytımıza açıqlamasında yayılan məlumatlara bu cür münasibət bildirib: "Bu günə qədər komandada ab-hava necə olubsa, bu gün də elədir. Maaşlarımız da verilib, maaşımızı almışıq, uşaqların hamısının pulu verilib, səbrlə növbəti maaşın verilməsini gözləyirik. Gecikmə tək bizim komandada deyil, bütün komandalarda yaşandığı üçün anlayışla qarşılayırıq. Komanda daxilində heç bir ruh düşkünlüyü yoxdur, klubumuzun prezidenti Rafael müəllim də komandanın yanındadır, digər rəsmi şəxslər də həmçinin. Tam ruh yüksəkliyi ilə növbəti oyunlara hazırlaşırıq",