
"Mingəçevir"də nə baş verir?
- 15:00
- 114
Bir müddət bundan qabaq yeni sponsoruna qovuşan, gələcəklə bağlı iddialı mesajlar verən "Mingəçevir"də son günlər müəmmalı olaylar yaşanır.
Rekord.az xəbər verir ki, komandanı sonuncu pillədə qəbul edib, 4-cü pillədə başa vuran baş məşqçi Füzuli Məmmədovla müqaviləyə birtərəfli qaydada xitam verilib.
Maraqlıdır ki, onunla söhbətdə rəhbərlik büdcənin azaldılacağına eyham vurub. Halbuki, yeni mövsüm üçün əksi gözlənilirdi. İşin maraqlı olan digər tərəfi isə ondan ibarətdir ki, Mingəçevir təmsilçisi təcrübəli məşqçi Ramiz Məmmədovla danışıqlar aparır. Büdcə azaldılırsa, Ramiz Məmmədov hara gəlir, büdcə sabit qalırsa, Füzuli Məmmədov niyə göndərilir?