"Mingəçevir"də sular hələ də durulmur.

Rekord.az xəbər verir ki, Ramiz Məmmədovun komandanı tərk edərək "Karvan"a gedişi mingəçevirli azarkeşləri daha da bədbinləşdirib.

Əldə etdiyimiz məlumata görə, bu həftə bütün suallara aydınlıq gəlməlidir. Sponsor məsələsi, hədəflər, gələcək strategiya və s. Əgər Rafael Bünyatov da klubu tərk eləsə, vəziyyət çox mürəkkəb olacaq.