Pley-off matçında "Qəbələ"yə uduzaraq Premyer Liqaya çıxmaq şansını itirəm "Mingəçevir"in gələcəyi hələ də naməlumdu.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi və heyətlə bağlı bütünm suallar açıq qalır.

Komandanın növbəti mövsüm iddialı olacağı da şübhə altındadır. Çünki maddi məsələlər həllini tapmayıb. Deyilənə görə, bəzi futbolçuların borcu hələ də tam ödənməyib. Bundan başqa, futbolçuların qaldığı hostelin pulu da hələ tam ödənməyib və klub hostelə də borclu qalıb. Komandanın nə zaman bir araya gələcəyi də bilinmir.