Millinin sabiq üzvü 42 yaşında karyerasını bitirdi
- 16:30
- 31
"Nitsa"nın kapitanı Dante karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi 42 yaşında bu qərarını açıqlayıb.
O, karyerasının son matçına ötən gün Liqa 1-ə vəsiqə üçün "Sent-Etyen"lə keçirilən pley-off oyununda çıxıb.
Dante bundan sonra məşqçi kimi fəaliyyət göstərəcəyini açıqlayıb. O, "Bayern"in U-23 komandasını çalışdıracaq.
Dante "Nitsa"dan əvvəl ölkəsində "Kapivaryano", "Yuventude", Fransada "Lill", Belçikada "Şarlerua", "Standard", Almaniyada isə "Borussiya" (Münhenqladbax), "Bavariya" və "Volfsburq"un formasını geyinib. Müdafiəçi Braziliya millisinin heyətində meydana çıxdığı 13 matçda 2 qol vurub.