
Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum oldu
- 16:00
- 34
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.
Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.