Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.


Rekord.az xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək:


5 iyun

18:00. Azərbaycan (Qadınlar) – Macarıstan (Qadınlar)

Baş hakim: Vanya Yankoviç

Baş hakimin köməkçiləri: Staşa Şpur, Helena Buh

Dördüncü hakim: Aleksandra Çesen

(Hakimlər briqadası Sloveniyadandır)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu