Millimizin İrlandiya ilə matç üçün heyəti müəyyənləşdi
- 18:00
- 38
Basketbol üzrə Azərbaycan millisinin Avropa çempionatının ilkin təsnifat mərhələsində İrlandiya ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Rekord.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi sabah reallaşacaq görüşdə 12 basketbolçuya şans verəcək.
Səfər matçı üçün heyətə Emmanuel Aqbason, Vesli Van Bek, Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı və Şirzad Şirzadov daxil ediliblər.
Qeyd edək ki, İrlandiya – Azərbaycan qarşılaşması fevralın 27-də Dublindəki "National Basketball Arena"da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.