Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundunun püşkü atılıb.


Rekord.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.


B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Litva və Malta yığmaları ilə mübarizə aparacaq.