İyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib.


Rekord.az xəbər verir ki, komandamız hazırlıq müddətində yerli yığma ilə iki yoldaşlıq oyunu keçirəcək.


İlk görüş iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.


Millimizə dəvət edilən futbolçuların adları ilə sizi tanış edirik:


1. Aytac Şərifova - Hakkarigücü (Türkiyə)

2. Nərgiz Əliyeva - Fatih Vətən (Türkiyə)

3. Mehriban Şahməmmədova - Neftçi

4. Nigar Mirzəliyeva - Zenit (Rusiya)

5. Manə Mollayeva - Neftçi

6. Fidan Cəfərova - Neftçi

7. Kamilla Məmmədova - Yelimay (Qazaxıstan)

8. Firəngiz Teymurova - Neftçi

9. Coşqunə Əliyeva - Neftçi

10. Sevinc Cəfərzadə - Krasnodar (Rusiya)

11. Ayşən Əhmədova - Ünyespor (Türkiyə)

12. Alina Dorofeyeva - Rubin Kazan (Rusiya)

13. Ayşən Salamzadə - Neftçi

14. Alina Nəhmədova - Neftçi

15. Aysun Muradova - Gölbaşı Belediye Spor (Türkiyə)

16. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)

17. Xanım Əsədova - Neftçi

18. Vüsalə Seyfəddinova - Neftçi

19. Milana Rəhimova - Ünyespor (Türkiyə)

20. Röya Əliyeva - Sumqayıt

21. Nərgiz Hacıyeva - Aktobe (Qazaxıstan)

22. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)

23. Vüsalə Hacıyeva - Dirçəliş