Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının l qrupunda aprelin 5-də, saat 19:45-də səfərdə Macarıstan, aprelin 9-da, saat 16:00-da isə Bakıda İsveçrə yığma komandalarına qarşı oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçirəcək.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Aytac Şərifova - Trabzonspor (Türkiyə)
2. Nərgiz Əliyeva - Karadeniz Ereğli Belediyespor (Türkiyə)
3. Günay İsmayılova - Neftçi
4. Nigar Mirzəliyeva - Zenit
5. Nərgiz Hacıyeva - Trabzonspor (Türkiyə)
6. Manə Mollayeva - Neftçi
7. Ayşən Əhmədova - PAOK (Yunanıstan)
8. Alina Dorofeyeva - Yenisey (Rusiya)
9. Diana Məmmədova - Yenisey (Rusiya)
10. Fidan Cəfərova - Baku Juniors
11. Aysun Əliyeva - Neftçi
12. Vüsalə Hacıyeva - Amedspor (Türkiyə)
13. Firəngiz Teymurova - Neftçi
14. Jalə Məhsimova - Beylerbeyi Spor (Türkiyə)
15. Yeliz Acar - Fatih Vətən (Türkiyə)
16. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)
17. Esra Manya - Beşiktaş (Türkiyə)
18. Kristina Bakarandze - Qalatasaray (Türkiyə)
19. Coşqunə Əliyeva - Neftçi
20. Sevinc Cəfərzadə - Eastern Flames (Səudiyyə Ərəbistanı)
21. Milana Rəhimova - Neftçi
22. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)
23. Vüsalə Seyfəddinova - Olimpiada İmittou (Yunanıstan)