Misli Premyer Liqasında XIII tura bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.


İlk olaraq "Şəfa" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. "İmişli" 12 xalla 8-ci, "Şəfa" 5 xalla 11-ci pillədə qərarlaşıb.


Günün ikinci görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək. "Palms Sports Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 27 xalla turnir cədvəlinin lideridir. Qəsəbə təmsilçisi 20 xalla 5-ci sırada yer alıb.


Misli Premyer Liqası


XIII tur


27 noyabr


14:30. "İmişli" – "Şəfa"


Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov


VAR: Nicat İsmayıllı


AVAR: Zöhrab Abbasov


Hakim-inspektor: Babək Quliyev


AFFA nümayəndəsi: Nəriman Axundov


Yevlax şəhər stadionu


19:00. "Neftçi" – "Zirə"


Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov


VAR: Kamal Umudlu


AVAR: Şirmamed Mamedov


Hakim-inspektor: Ömər Paşayev


AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov


"Palms Sports Arena"


Xatırladaq ki, Azərbaycan Premyer Liqasında XIII tura noyabrın 29-da yekun vurulacaq.