
Millimizin Bakıda təlim-məşq toplanışı olacaq
- 16:20
- 39
Futzal üzrə Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı olacaq.
Rekord.az xəbər verir ki, yığmamız oktyabrın 16-dan 19-dək hazırlıq keçirəcək.
Toplanışın sonunda yoxlama oyununun təşkili nəzərdə tutulub.
Baş məşqçi Yevgeni Kukseviç məşq prosesinə 5-i qapıçı olmaqla ümumilikdə 20 futzalçı dəvət edib.
Qapıçılar: Emin Kürdov, Hüseyn Əbdülov, Rövşən Hüseynli (hamısı "Araz-Naxçıvan"), Kamran Hacıyev ("Neftçi" İK), Cavad Məmmədov ("Baku Fire").
Oyunçular: Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı "Neftçi" İK), Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Nurlan Məmmədov, Eldar Zeynalov (hamısı "Baku Fire"), Oqtay Mahmudzadə, Pünhan Qasımzadə (hər ikisi U-19).