Millimiz UEFA İnkişaf Turnirinə qatılacaq
- 16:40
- 36
Rusiya Futbol İttifaqının (RFU) baş katibi Maksim Mitrofanov 2026-cı ilin aprel ayında Qazaxıstanda UEFA-nın İnkişaf Turnirinin keçiriləcəyini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu haqda "Sport-Ekspress" məlumat yayıb.
Hazırda UEFA yarışın iştirakçı heyətini təsdiqləmək mərhələsindədir.
Mitrofanovun sözlərinə görə, 16 yaşadək oğlanlardan ibarət komandalar arasında UEFA-nın İnkişaf Turniri 2026-cı ilin aprelində Qazaxıstanda baş tutacaq. Həmin turnirdə Qazaxıstan, Rusiya, Azərbaycan və hələlik müəyyənləşməyən dördüncü komanda iştirak edəcək.