Millimiz UEFA İnkişaf Turnirində sonuncu oyununa çıxır
- 11:20
- 36
16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu - üçüncü oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gələcək.
Binə stadionundakı matç saat 12:00-da başlayacaq.
Xatırladaq ki, U-16 daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.