Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılıb.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaq. Qarşılaşma Alanyadakı “Oba” stadionunda keçiriləcək.

Oyunun başlama saatı məlum deyil.