19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.


Rekord.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


“Mladost” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.


28 noyabr

15:00. Şimali Makedoniya – Azərbaycan

“Mladost” stadionu, Strumitsa

Baş hakim: Yurqita Maçikunitye (Litva)

Baş hakimin köməkçiləri: İrina Pozdeyeva (Litva), Edyena Kapciu (Albaniya)

Dördüncü hakim: Yoanna Vassallo (Malta)