Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası İsveçdə keçirilən ilk turun son oyununda ev sahibi komanda ilə qarşılaşıb. "Rekord.az" xəbər verir ki, görüş İsveç yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, millimiz birinci mərhələ çərçivəsində Yunanıstan və İsveç yığmaları ilə üz-üzə gəlib və hər iki qarşılaşmada rəqiblər üstün olublar.
Qeyd edək ki, Avropa Liqasının ikinci mərhələsinin oyunları 12-14 iyun tarixlərində Rumıniyada keçiriləcək. Azərbaycan millisi bu mərhələdə İspaniya və ev sahibi Rumıniya yığmaları ilə qarşılaşacaq.

Avropa Liqası
7 iyun 2026

   İsveç - Azərbaycan 3:0 (25:14, 25:17, 25:2)