Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək.


"Tipos Arena"da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.


Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib - 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib - 0:0.


Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.