Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 1/8 finala hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız bu gün İstanbulda yarışın keçirildiyi Sinan Erdem Spor Salonunda ilk məşqinə çıxıb. 

Qeyd edək ki, yığmamız 1/8 final qarşılaşmasını sentyabrın 1-də keçirəcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyunda rəqibimiz meydan sahibi Türkiyə millisi olacaq.