17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


"Park de Sport" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.


Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək. 


İsrail (U-17) - Azərbaycan (U-17)

“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)