
Millimiz İsrailə də məğlub oldu
- 11 Okt 2025 22:00
- 35
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə məğlub olub.
Rekord.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 5:1.
Qeyd edək ki, U-17 ilk matçında Fransaya 8 cavabsız qolla uduzub.