Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda Andorra yığması ilə qarşılaşacaq.


Görüş Bakıdakı "Bank Respublika Arena"da, saat 17:00-da start götürəcək.


Xatırladaq ki, Azərbaycan millisi hazırda 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, dördüncü yerdəki Andorranın 1 xalı var.