Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi iştirak edəcəyi "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib.


Rekord.az Azərbaycan Həndbol Federasiyasına istinadən xəbər verir ki, komanda Kosovoda keçiriləcək turnir ərəfəsində hazırlıq prosesini "AHF Arena"da davam etdirir.


Baş məşqçi Səkinat Abasova toplanışa 14 oyunçu dəvət edib.


Milli noyabrın 26-dan 30-dək Priştina şəhərində təşkil olunacaq yarışda Kosovo ilə yanaşı, Böyük Britaniya, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.